Eldar Əzizov ona yeni vəzifə verdi
14 fevral 2020 09:33
161

Eldar Əzizov ona yeni vəzifə verdi

Bakı Şəhər İcra Hakimiyyətində (BŞİH) kadr dəyişikliyi olub.

"Yeni Sabah" Modern.az-a istinadən bildirir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun əmrilə qurumun mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov başqa vəzifəyə təyinat alıb.

Bu səbəbdən də BŞİH-nin mətbuat xidmətinin rəhbəri vəzifəsinə Metin Adil oğlu Hüseynov təyinat alıb.

İsrafil Kərimov isə İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdir müavini təyin olunub.
Bakı Şəhər İcra Hakimiyyətindən faktı təsdiqləyiblər.

Yenisabah.az

Oxşar xəbərlər