Ermənini məğlub edib çempion olan güləşçimiz qalibiyyətindən danışdı
14 fevral 2020 10:40
150

Ermənini məğlub edib çempion olan güləşçimiz qalibiyyətindən danışdı

İtaliyanın paytaxtı Romada Avropa çempionu olan Azərbaycan millisinin yunan-Roma güləşçisi Sənan Süleymanov qazandığı uğurdan danışıb.

"Yeni Sabah" xəbər verir ki, idmançı növbəti yarışlarda da bu uğurun davamını gətirməyə çalışacağını söyləyib:

"İlk dəfə bu çəkidə çıxış edirdim. Çempion olmaq çox gözəl hissdir. Ən çətin görüş birinci idi. Bolqarıstanı təmsil edən erməni güləşçiyə qalib gəldim. Yarımfinalda da rəqibim erməni oldu. Onu da məğlub edərək finala yüksəldim. Artıq finalda özümə inamım daha da çox idi. Əlbəttə, cənab Prezidentin və xanımının bizi təbrik etməsi motivasiyamızı artırır, gələcək yarışlar ərəfəsində daha da ruhlandırır. Ölkə rəhbərliyinin idmana göstərdiyi diqqət və qayğı göz önündədir. Bu təbriklərdən xəbər tutandan sonra qürur hissi keçirdim. Gələcəkdə dünya çempionatında və Olimpiadada da uğurumun davamını gətirməyə çalışacağam".

Yenisabah.az

Oxşar xəbərlər