Saatlarla qarlı havada sevdiyi klubu gözlədi – Hər kəsi duyğulandırdı
14 fevral 2020 12:01
224

Saatlarla qarlı havada sevdiyi klubu gözlədi – Hər kəsi duyğulandırdı

Türkiyə kubokunun ¼ final mərhələsi çərçivəsində keçirilən "Ərzurumspor" – "Trabzonspor" (1:4) matçından öncə maraqlı anlar yaşanıb.

"Yeni Sabah" xəbər verir ki, "bordo-mavilər"in səfər matçına gələcəyini öyrənən bir azarkeş "Trabzonspor"un avtobusunun keçəcəyi yolun üzərində onları gözləyib. Evlərinin qarşısında qarlı havada saatlarla Trabzon təmsilçisini gözləyən tərəfdarın fotosunu bacısı çəkərək sosial şəbəkə hesabından paylaşıb. Görüntü tez bir zamanda yayılıb və böyük marağa səbəb olub. "Trabzonspor" klubu isə öz növbəsində azarkeşlə əlaqə yaradaraq təşəkkür edib. Eyni zamanda klubun idarə heyət onu və bacısını stadionda sevgi ilə qarşılayıblar.

Qara dəniz təmsilçisinin qapıçısı Uğurcan Çakır da şəkili öz hesabında paylaşaraq bu sözləri yazıb:

"Gözəl ürəkli qardaşım, bütün komandanın imzaladığı formanı hazırlayırıq. Bizi çox duyğulandırdın".

Saatlarla qarlı havada sevdiyi klubu gözlədi – Hər kəsi duyğulandırdıSaatlarla qarlı havada sevdiyi klubu gözlədi – Hər kəsi duyğulandırdı

Yenisabah.az

Oxşar xəbərlər