Efirdə baş kəsməkdən danışan Manafla bağlı daha bir tənqid: "Dəlisiniz?"
21 Fev 2020 10:35
45506

Efirdə baş kəsməkdən danışan Manafla bağlı daha bir tənqid: "Dəlisiniz?"

Bir neçə gün öncə "ATV" kanalında yayımlanan "Ən Yaxşısı" verilişində qonaq olan müğənni Manaf Ağayevin efirdə "Bir kəlməyə görə qadının başını kəsərəm" sözlərini deməsi qalmaqala səbəb olub. Onun sözləri şou əhli tərəfindən də birmənalı qarşılanmayıb. Yenisabah.az xəbər verir ki, efirdə baş verən gözlənilməz anların görüntülərini paylaşan aparıcı Tural Yusifov (DJ Tural) da məsələyə səssiz qalmayıb. Aparıcı kanal rəhbərliyini, redaktoru, prodüsseri efirin məsuliyyətini dərk etməməkdə ittiham edib: "Başını kəsərəm, öldürmək nədir?" Nə redaktor (əgər varsa), nə prodüsser (yox kimi bir şeydir), daha sonra montajçı, kanal rəhbərliyi belə buna reaksiya verməyib. Qadına şiddətin şiddəti yüksək olan ölkədə TV-də açıq təbliğat gedir və susublar. Üstəgəl kanal bunu öz "YouTube" kanalına yerləşdirib. MTRŞ hələ də reaksiya verməyib. Bir müddət sonra məzlumun birini öldürəndə yenə eyni TV-lər bu cinayətdən danışacaq, göz yaşı tökəcək və artistlik edəcəklər. Dəlisiniz? Əli Xəyyam demişkən: bir insan olaraq fayda vermək əvəzinə bu nə işdir məşğulsunuz? Nədir bu söhbətin mənası? Verilişin dramaturgiyasının tələbidir? Siz kimə, nə örnək olursuz? Faydanız nədir? Nə öyrətdiniz? Efirin məsuliyyətini anlayırsız? Qadına şiddətə yox yazmayın, şiddəti təbliğ etməyin, qınayın bəs edər". Qeyd edək ki, aparıcı Mətanət Əliverdiyevanın "Qadın səni hansı həddə çatdırmalıdır ki, Manaf qadına əl qaldırsın?" sualına Manaf Ağayev belə cavab vermişdi: "O vəziyyətə dözən deyiləm. Bir kəlməyə görə qadının başını kəsərəm. Xanımıma bir dəfə əl qaldırmışam. Təzə evlənəndə olub. Bu əməlimə görə də üzr istəmədim. Üzr istəmək mənlik deyil". https://www.youtube.com/watch?v=ht2S7uKfDmA&feature=youtu.be&fbclid=IwAR2QhHh6MKtWavkf2cS9Pyp_tM3daoSfESNa4uDZ9Wdt216IgdGWDBFtbwo

Oxşar xəbərlər