Türkiyəli ulduz koronavirusdan qorxub məhkəməyə gəlmədi
26 Fev 2020 18:38
263

Türkiyəli ulduz koronavirusdan qorxub məhkəməyə gəlmədi

Keçmiş həyat yoldaşı tərəfindən məhkəməyə verilən Türkiyənin məşhur müğənnisi Gülbən Ergən bu gün keçirilən məhkəmə prosesinə qatılmaqdan imtina edib. Yenisabah.az xəbər verir ki, bu barədə müğənninin vəkili Əmək Əmrə məlumat verib. Vəkil deyib ki, Ankarada yaşayan Gülbən xanım təyyarəyə minmək istəmədiyi üçün İstanbula gələ bilməyib. Vəkilin sonrakı açıqlaması məhkəmə heyyətinin təəccübünə səbəb olub: "Gülbən xanım təyyarədə koronavirusa yoluxmaqdan qorxur". Xatırladaq ki, keçmiş həyat yoldaşı Erhan Çelik ona "namussuz" deyən məşhur müğənninin 2 il 4 ay müddətinə azadlıqdan məhrum edilməsini tələb edir.

Oxşar xəbərlər