Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi
26 Fev 2020 19:55
8521

Vilayət Eyvazov polkovnik-leytenanta yüksək vəzifə verdi

Daxili İşlər Nazirliyində növbəti kadr dəyişikliyi olub. "Yeni Sabah" xəbər verir ki, bu barədə müvafiq əmri Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov imzalayıb. Əmrə əsasən, Polis polkovnik-leytenantı Babayev Rövşən Əli oğlu DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinə rəis təyin olunub. O, bundan əvvəl Mingəçevir Şəhər Polis Şöbəsinin xidmət üzrə rəis müavini işləyib. Qeyd edək ki, bir müddət əvvəl DİN-in Nəqliyyatda Baş Polis idarəsinin Dəmir yolu nəqliyyatında polis idarəsinin Gəncə xətt şöbəsinin rəisi Şadəm Hüseynov təqaüdə göndərilmişdi. /Oxu.az
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər