100-ə yaxın namizəd toplantı keçirəcək
27 Fev 2020 11:47
548

100-ə yaxın namizəd toplantı keçirəcək

Fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak edən deputatlığa namizədlər toplantı keçirəcəklər. Yenisabah.az xəbər verir ki, bu barədə 32 saylı Surxanı üçüncü seçki dairəsindən namizəd Fikrət Cəfərli məlumat yayıb. Onun sözlərinə görə, toplantı fevralın 27-də, saat 12:00-da Caspian Plazada baş tutacaq. Tədbir namizəd olmuş şəxslər və ictimaiyyət nümayəndələri üçün açıqdır. Fikrət Cəfərli bildirib ki, toplantıda çoxlu sayda namizəd olmuş şəxs iştirak edəcək və onlar seçkilərdəki qanun pozuntularına etirazlarını ifadə edəcəklər: "100-ə yaxın namizədin iştirakı gözlənilir". Fevralın 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçirilib. MSK prosesin yekunlaşdığını və bütün şikayətlərə baxıldığını açıqlasa da, namizədlər bununla razılaşmırlar.
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər