Putin oxşarından imtina etdi
27 Fev 2020 13:06
703

Putin oxşarından imtina etdi

Rusiya Prezidenti Vladimir Putin oxşarından imtina edib. Yenisabah.az xəbər verir ki, Rusiya Prezidenti bu barədə TASS agentliyinə müsahibəsində deyib. Vladimir Putin təhlükəsizlik tədbiri kimi ona bənzər insanlardan istifadə etmədiyini bildirib. "Terrorizmə qarşı mübarizənin ağır çağlarında bu məsələ gündəmə gəlsə də, mən oxşarlarımdan istifadə etmək təklifini qəbul etməmişəm", - deyə Rusiya Prezidenti vurğulayıb. Bəzi iddialara görə, Vladimir Putinin 6 oxşarı var və onlar təhlükəli məqamlarda Rusiya Prezidentini əvəz edir.

Oxşar xəbərlər