"Avroviziya-2020" təxirə salınacaq?
27 Fev 2020 15:00
243

"Avroviziya-2020" təxirə salınacaq?

May ayında Niderlandda keçiriləcək "Avroviziya" mahnı müsabiqəsi təxirə salına bilər. Yenisabah.az xarici mətbuata istinadən xəbər verir ki, buna səbəb dünyanı cənginə alan konoravirus epidemiyasıdır. Müsabiqənin təşkilatçıları hazırda virusla bağlı vəziyyəti izləyirlər. Onlar bildiriblər ki, virus daha çox yerləri əhatə edərsə, "Avroviziya-2020"nin vaxtı dəyişdirilə bilər. Təşkilatçılar may ayına kimi koronavirus probleminin həll olunacağına ümid edirlər. Xatırladaq ki, Azərbaycan sözügedən musiqi yarışmasında 13-cü dəfə iştirak edəcək.

Oxşar xəbərlər