Prezident 3 generalı təltif etdi
27 Fev 2020 15:06
366

Prezident 3 generalı təltif etdi

Prezident İlham Əliyev "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin bir sıra hərbi qulluqçularının 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif edilməsi haqqında" sərəncam imzalayıb. "Yeni Sabah" xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün, təhlükəsizliyinin və dövlət sərhədinin mühafizəsinin təmin edilməsində xüsusi xidmətlərinə görə Dövlət Sərhəd Xidmətinin aşağıdakı hərbi qulluqçuları 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif ediliblər: Cəbrayılov Asif Mikayıl oğlu – general-leytenant Xəlilov Əsgər Sabir oğlu – general-leytenant Tağı-zadə Fərhad Sabir oğlu – general-leytenant.

Oxşar xəbərlər