Avropa Liqasının oyunu təxirə salındı
27 Fev 2020 18:56
193

Avropa Liqasının oyunu təxirə salındı

Avropa Liqasının 1/16 final mərhələsində keçirilməli olan cavab oyunu təxirə salınıb. "Yeni Sabah" UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, güclü fırtına xəbərdarlığı Avstriya "Zalstburq"u ilə Almaniyanın "Ayntraxt" klubunun qarşılaşmasının təxirə salınmasına səbəb olub. Şəhərdə küləyin sürətinin saatda 120 km-ə çatacağı gözlənilir. Buna görə matçın oynanılmamasına qərar verilib. Qarşılaşmanın yeni tarixi barədə daha sonra məlumat veriləcək. Qeyd edək ki, Frankfurtdakı ilk görüşdə "Ayntraxt" rəqibini 4:1 hesabı ilə məğlub etmişdi.

Oxşar xəbərlər