Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi
29 Fev 2020 17:12
739

Bakı Şəhər İcra Hakimiyyəti məhkəməyə verildi

"Bank Melli İran"ın Bakı filialı Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verib. "Yeni Sabah" xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank vurulmuş maddi ziyanın ödənilməsi barədə tələb irəli sürüb. Üçüncü şəxs qismində Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfat Departamenti göstərilib. Məhkəmə iddianı qismən təmin edib. Qərardan narazı qalan Bakı Şəhər İcra Hakimiyyəti apellyasiya şikayəti verib. Şikayət Bakı Apellyasiya Məhkəməsində araşdırılır.

Oxşar xəbərlər