Gənclər Fondunun dəstəyi ilə keçirilən innovativ Data SoCool-Data Analitikasının tədrisi layihəsi uğurla davam edir.
“Yeni Sabah” xəbər verir ki, Azərbaycan Gənclər Fondunun XI Qrant müsabiqəsinin qalibi olan Aytac Aliyevanın Data SoCool layihəsinin ikinci həftəsi geridə qalıb. Layihənin məqsədi data analitikası istiqamətində karyera qurmaq istəyən gənclərdə bu sahə mütəxəssisi olaraq yetişmələri üçün lazımi səriştələrin formalaşdırılmasıdır.
Layihə çərçivəsində gələcəkdə Data(Biznes) Analist olmaq istəyən 2 mərhələ seçilmiş 30 nəfərə iş dünyasında istifadə olunan Excel, Power BI, SPSS və Tableau proqramları üzrə bilik və bacarıqlar öyrədiləcək.
Layihənin artıq geridə qalmış 3 həftəsində iştirakçılar intensiv şəkildə Excel ilə Data Analitikası və Power Bi ilə vizuallaşdırma dərslərində praktiki bacarıqlar əldə ediblər. Proqramların tədris materialları Microsoft Azərbaycan tərəfindən təqdim olunmaqdadır. Qarşıdakı günlərdə isə SPSS ilə data analitikası və Tableau ilə vizuallaşdırma dərslərini mənimsəyəcəklər.
Layihənin növbəti günlərində iş dünyasından sahə mütəxəssislərinin iştirakçılar ilə görüşləri də planlaşdırılır.
Data SoCool layihəsi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi və Microsoft Azərbaycanın, Barama İnnovasiya və Sahibkarlıq Mərkəzinin, "ASAN Kadr" Karyera Mərkəzinin, "Odlar Yurdu" Gənclər İctimai Birliyinin və Buqelemun Portalının dəstəyi ilə həyata keçirilir.
Məlumat üçün qeyd edək ki, Data Analitikası dünyada yeni yaranmış sahədir və Data SoCool layihəsi Data Analitikasının ölkəmizdə inkişafı üçün reallaşdırılan ilk sosial layihədir.
Telegram kanalımız