8 milyon dollardan imtina etdi   - Səbəb
15 May 2020 18:10
448

8 milyon dollardan imtina etdi  - Səbəb

Koronavirusla bağlı son məlumatları yaratdığı saytda davamlı olaraq yeniləyən 17 yaşlı gənc 8 milyon dollarlıq reklam təklifini rədd edib. 

Yenisabah.az xəbər verir ki, Avi Şifman adlı gəncin yaratdığı saytı gündəlik 30 milyon nəfər ziyarət edir. Bildirək ki, Ümumdünya Səhiyyə Təşkilatı və dünya ölkələrinin rəsmi saytından alınan məlumatlar fonunda daima yenilənən saytda ölkələrdəki ölüm, sağalma, yeni virusa yoluxma və daha bir neçə məsələ ilə bağlı məlumatlar yer alır. 17 yaşlı gənc etdiyi işə görə qürurlansa da, bununla gündəmə gəlmək istəmir. Onun sözlərinə görə, görülən iş gəncin bütün vaxtını alır, hətta bəzən gün ərzində yatmır. 

Avi Şifman 8 milyonu rədd etmə səbəbi olaraq bu pula ehtiyacı olmadığını deyib: "Hələ 17 yaşındayam, bu pula ehtiyacım yoxdur. Düzdür, hər kəs öz saytına reklam almalıdır, amma mənim bu haqdakı qərarım qətidir. Mövcud vəziyyət mənim üçün xoşdur. Dünyanın bir çox yerində sürətli interneti olmayan şəxslərin reklama görə sayta girərkən problem yaşamalarını istəmirəm".

 

Oxşar xəbərlər