ABŞ-da Trampın maliyyə fəaliyyəti araşdırılır
04 Avq 2020 02:14
202

ABŞ-da Trampın maliyyə fəaliyyəti araşdırılır

Manhettenin dairə prokuroru Sayrus Vens ABŞ prezidenti Donald Trampın maliyyə fəaliyyətinin kriminal araşdırmasını aparır.

Yenisabah.az xəbər verir ki, bu barədə “NBC News” telekanalı bildirib.

Məlumata görə, “Trump Organization” artıq "sığorta və bank dələduzluğu" ittihamı üzrə istintaq altındadır.

Daha əvvəl böyük münsiflər heyəti bu təşkilatın maliyyə sənədlərini tələb edib. Ancaq vəkillər bildiriblər ki, bu iddia ABŞ liderinin siyasi motivli təqibi kimi rədd edilməlidir.

Bu halda Vens müdafiəçilərlə razılaşmayıb. O, məhkəmədən Trampın vəkillərinin tələbini rədd etməyə tələb edib. Prokuror "Trump Organization"da geniş və uzunmüddətli kriminal fəaliyyət haqqında ictimai xəbərlərə" istinad edib.  /Report

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər