AFFA-nı tənqid edən jurnalistə hücum - Video

AFFA-nı tənqid edən jurnalistə hücum -
İyun 15, 2019
Oxunma sayı: 2018

Bir neçə gün öncə futbol üzrə yığma komandamızın cırtdan dövlət Lixtenşteynə biabırçı şəkildə uduzması AFFA rəhbərliyinin və futboçularımızın deyil, "Azad Azərbaycan" telekanalının idman departamentinin rəhbəri İlkin Xəlilovun başında çatlayıb. 

“Yeni Sabah” xəbər verir ki, Moderator.az-ın yaydığı məlumata görə, təkcə futbol azarkeşlərimzi deyil, bütövlükdə cəmiyyətimizi xəyal qırıqlığına uğradan milli komandamızın biabırçı məğlubiyyəti haqqında haqlı olaraq tənqidi süjet hazırlayan İlkin Xəlilov kimi peşəkar idman jurnalistini gözümçıxdıya salıblar. 

Görünür, AFFA rəhbərliyi onun kal armuddan betər kəsərli arqumentlərini həzm edə bilmədiyindən çıxış yolunu "qara məni basınca mən qaranı basım" məntiqində görərək furbolda bacara bilmədikləri işə - müdafiədən hücuma keçib.

Məlumata görə 17 ildir ki, adıçəkilən kanalı idman depratmanetinə rəhbərlik edən peşəkar jurnalistə qarşı baş verənlər kanalın əməkdaşlarını da pərt etdib və hətta son günlər yaranmış cansıxıcı durumdan bezən bəzi əməkdaşların kanalla yollarını ayırdığı da bildirilir.