Amerikalı atletdən “supermen sıçrayışı”

Amerikalı atletdən “supermen sıçrayışı”
May 15, 2019
Oxunma sayı: 18

Amerikalı sprinter İnfinit Taker kişilər üzrə 400 metr məsafəyə maneəli qaçış yarışında qalib gəlmək üçün qeyri-ənənəvi fənd işlədib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə “CBS news” məlumat yayıb. İdmançı Feyetvil şəhərində keçirilən turnirdə seçilib. Finiş xətti yaxınlığında Robert Qrant ondan öndə olub, ancaq qələbəyə köklənmiş İ.Taker birbaşa finiş xəttinə atlanaraq qələbə qazanıb.

O, bununla həm də öz rekordunu təzələmiş olub (49,38 saniyə).  

Yarışın təşkilatçıları onun bu effektiv “hiylə”sini, “supermen sıçrayışı” kimi damğalayıb.