Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

APA-da baş direktor dəyişdi - Yenilənib
08 Dek 2021 15:50
765

APA-da baş direktor dəyişdi - Yenilənib

APA Media Holdinqində ciddi dəyişiklik baş verib.

Yenisabah.az-a daxil olan məlumata görə, holdinqin idarə heyətinin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.

Nurşən Quliyevin yerinə baş redaktor vəzifəsinə isə Fərid Mirzəyev gətirilib.

Vüsalə Mahirqızı baş direktorluqdan uzaqlaşma səbəbi kimi işlərinin çox olduğunu göstərib.

Qeyri-rəsmi bilgilərə görə isə V. Mahirqızının ümumiyyətlə holdiqndən uzaqlaşdırıldığı bildirilsə də, hazırda o öz kabinetində işinin başındadır. (Bakupost.az)

***

"APA Holdinqdə heç bir dəyişiklik olmayıb, heç yerə getməmişəm, yerimdəyəm”. Bunu isə Sfera.az-a açıqlamasında APA Media Holdinqin baş direktoru Vüsalə Mahirqızı vəzifəsindən getməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib. O qeyd edib ki, sadəcə olaraq, qurumda gənc rəhbərlər dəyişilib:

"Nurşən Quliyev mənim birinci müavinim idi, yenə də elədir. İndi də öz otağımdayam. Təəssüf ki, bizim bəzi həmkarlarımız elə özümüzə münasibətdə qeyri-peşəkardırlar. Bu məlumatı zəng edib məndən soruşmaqolardı, əlçatmaz adam deyiləm. APA Holdinq açıq qurumdur. Sabah insanlar həmin mətbuat nümayəndələrinin hansısa məmurla, qurumla bağlı yazılarına inanmamaqda haqlıdırlar. Dedi-qodunu, şayiəni kim yayıb bilmirəm, amma başqa həmkarlarımızdan da bununla əlaqəli müraciətlər olub və mən də cavab vermişəm”.

Qeyd edək ki, yerli mətbuatda yayılan məlumatda iddia olunub ki, APA holdinqin bu gün keçirilən iclasında baş direktor Vüsalə Mahirqızı rəhbərlikdən getdiyini və vəzifəsini tanınmış jurnalist, APA Holdinqin baş redaktoru Nurşən Quliyevə təhvil verdiyini elan edib.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər