ARDNF-dən yayılan məlumatlarla bağlı  XƏBƏRDARLIQ

ARDNF-dən yayılan məlumatlarla bağlı XƏBƏRDARLIQ

Siyasət Veb saytların hazırlanması

16 Avqust 2022 10:22 723


Son üç ayda Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) adından Azərbaycan vətəndaşlarını individual əsasda investisiya, neft və qaz treydinqi fəaliyyətinə sövq edən geniş xəbərlər yayılır.

Yenisabah.az xəbər verir ki, bu barədə Fondun yaydığı xəbərdarlıqda bildirilir.

Qurum bəyan edib ki, bu yönümdə oxşar çağırışlar ARDNF-in İcraçı Direktoru İsrafil Məmmədovun adından da haker üsulu ilə tirajlanıb.

"ARDNF bu paylaşımların tamamilə yalnış, həqiqəti əks etdirməyən məlumat olduğunu vətəndaşların diqqətinə çatdırır və qeyd edib ki, onların Fondun fəaliyyətinə heç bir aidiyyatı yoxdur.

ARDNF onun adından istifadə edərək verilən vədlərə görə heç bir məsuliyyət daşımır. Vətəndaşlarımızdan sözügedən hallarla qarşılaşdıqda dərhal müvafiq hüquq-mühafizə orqanlarına müraciət etmələrini və həmin məlumatları info@oilfund.az ünvanına göndərmələrini xahiş edirik.

Vətəndaşlardan fişinq məqsədi daşıyan bu cür çağırışlardan yayınmaq məqsədilə yalnız Fondun media resurslarında əks olunmuş rəsmi məlumatları izləməyi tövsiyyə olunur", - deyə açıqlamada qeyd olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!