“ASAN Yay Festivalı”nda Damla oxudu, bərdəlilər maraqla izlədi - Fotolar

“ASAN Yay Festivalı”nda Damla oxudu, bərdəlilər maraqla izlədi
Sent 7, 2019 14:53
Oxunma sayı: 56

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" Bərdə rayonunda keçirilib.

“Yeni Sabah” xəbər verir ki, Heydər Əliyev parkında baş tutan Festival çərçivəsində müğənni Damlanın konserti təşkil olunub. Xeyli sayda tamaşaçının qoşulduğu tədbirdə, həmçinin Dj Bazaur musiqilər təqdim edib.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və electron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

Yay mövsümü müddətində Masallı, Mingəçevir, İmişli, Quba “ASAN Həyat” komplekslərində və Gəncə, Sabirabad, Bərdə “ASAN xidmət” mərkəzlərində ümumilikdə yeddi festival keçirilib.

Qeyd edək ki, bununla “ASAN Yay Festivalı”na yekun vurulub.

Yenisabah.az