Ata Abdullayev akademikə rəqib oldu
14 Yan 2020 09:53
850

Ata Abdullayev akademikə rəqib oldu

Özünü bloqer kimi təqdim edən Ata Abdullayev 23-saylı Nəsimi-Səbail seçki dairəsindən namizədliyini irəli sürüb. 

Yenisabah.az xəbər verir ki, o, artıq imzatoplama mərhələsini başa vuraraq imza vərəqələrini DSK-ya təqdim edib. Lakin hələ ki, qeydə alınmayıb. 

Ata Abdullayevin namizədliyini irəli sürdüyü dairədə hakim Yeni Azərbaycan Partiyasını Elnur Rəhimov təmsil edir. O, Bakı Tikiş Evinin direktoru Fidail Rəhimovun oğludur. 

Hazırda bu dairənin deputatı akademik Ziyad Səmdzadədir. O bu dəfəki seçkilərdə 23 saylı Nəsimi-Səbail seçki dairəsini seçib.

 

Oxşar xəbərlər