Avropa çempionumuzun ilk rəqibi dəqiqləşdi

Avropa çempionumuzun ilk rəqibi dəqiqləşdi
Sent 11, 2019 10:22
Oxunma sayı: 40

Yekaterinburqda keçirilən dünya çempionatında Azərbaycan millisinin boksçusunun ilk rəqibi dəqiqləşib. 

“Yeni Sabah” xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparacaq Dominqes Alfonso 1/16 finalda Qazimaqomed Calidovla (İspaniya) üz-üzə gələcək.

Avropa çempionumuzun rəqibi 1/32 final döyüşündə müəyyənləşib. Aleksandar Markoviçə (Serbiya) ilk raundda qalib gələn ispaniyalı ilk mərhələdən azad olan təmsilçimizlə qarşılaşmaq hüququ əldə edib.

Qeyd edək ki, Alfonsonun Calidovla görüşü sentyabrın 15-də olacaq.

 

Yenisabah.az