“Avtoşluq“ edən futbolçu “Qarabağ“ın heyətindən kənarlaşdırıldı
19 Okt 2019 14:47
1021

“Avtoşluq“ edən futbolçu “Qarabağ“ın heyətindən kənarlaşdırıldı

"Qarabağ"ın futbolçusu Araz Abdullayev Premyer Liqanın VIII turunda “Qəbələ” ilə matçın heyətinə daxil etməyib.

"Yeni Sabah" xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi bir neçə gün öncə “Instagram” səhifəsində şəxsi avtomobilini yüksək sürətlə idarə etməsinin görüntülərini yerləşdirdiyi üçün Qurban Qurbanov belə addım atıb.

Xatırladaq ki, Araz Abdullayev 2013-cü ildə idarə etdiyi avtomobillə Nobel prospektində təmizlik işləri aparan 2 süpürgəçini vurub. Onlardan biri yerindəcə dünyasını dəyişib.

Qeyd edək ki, bu gün keçiriləcək “Qəbələ” – “Qarabağ” oyunu saat 17:00-da başlayacaq.

Oxşar xəbərlər