Azərbaycan bu siyahıda Monqolustanla “qonşudur”
06 İyn 2020 12:31
274

Azərbaycan bu siyahıda Monqolustanla “qonşudur”

"2018-ci ildə beynəlxalq elmi jurnallarda hər 1 milyon əhaliyə düşən elmi məqalə sayının statistikasına baxın, ermənilər də, gürcülər də bizdən 3 dəfə öndədir".

Yenisabah.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Natiq Cəfərli deyib. O bildirib ki, ölkəmiz təqribən Monqolustanla eyni sıradadır: "Sonra da deyirik ki, niyə biz neftdən asılıyıq, nədən ölkə inkişaf etmir, nə səbəbə bizdə camaat masonlara filan inanır, amma öz gücünə yox? Müasir dünyada güc elmdədir. Elmə qoyulan hər 1 dollar sonradan dəfələrlə artaraq ölkələrin inkişafına səbəb olur. YAP hökuməti elmə inanmır, aldığı qərarların elmi əsası olmur, karantin tədbirlərinin alınması belə elmə əsaslanmır...".

Oxşar xəbərlər