Azərbaycan klubu bu afrikalını almaq istəyir  - Foto

Azərbaycan klubu bu afrikalını almaq istəyir - Foto

İdman Veb saytların hazırlanması

21 Aprel 2020 10:49 587


“Sabah” Cənubi Afrikanın “Orlando Pirates” klubunun futbolçusu Vinsent Pule ilə maraqlanır.

Yenisabah.az sözügedən ölkənin “Citizen” nəşrinə istinadən xəbər verir ki, Bakı təmsilçisi 28 yaşlı hücumçunu transfer etməyi planlaşdırır.

Nəşr yazıb ki, “Sabah” digər cənubi afrikalı oyunçu Hendrik Ekşteyni aldıqdan sonra bu ölkənin futboluna maraq göstərir və futbolçularını izləyir.

Bildirilib ki, "Orland Pirates"in oyunçu üçün rəsmi təklif gəldikdə qəbul edib-etməyəcəyi hələlik bəlli deyil.

Xatırladaq ki, .Ekşteyn ötən ilin yayında "Sabah"la 2 illik müqavilə bağlayıb. Amma o, qış fasiləsində klubdan ayrılaraq “Səbail”ə keçib. (Qol.az)

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!