Azərbaycan millisinin futbolçusu ABŞ klubunda -  Rəsmi
14 Yan 2020 11:51
179

Azərbaycan millisinin futbolçusu ABŞ klubunda - Rəsmi

Futbol üzrə Azərbaycan millisinin üzvü Rüfət Dadaşov ABŞ-ın ikinci Liqa təmsilçisi "Feniks Rizinq"lə anlaşıb. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat verib. Hücumçu ilə 2020-ci ilin sonuna qədər müqavilə imzalanıb. 29 yaşlı futbolçunun son klubu Almaniya təmsilçisi “ proyysen” olub.

R.Dadaşov klubun rəsmi saytına açıqlamasında bu sözləri deyib:

"Feniks Rizinq"də oynamaq mənim üçün xəyaldır. 2014-cü ildə Azərbaycan millisi ilə ABŞ yığmasına qarşı oynadığım vaxtdan bəri Amerika futbolunu yaxından izləyirəm və burada böyük inkişaf görmək məni yaxşı mənada təəccübləndirir.

Həqiqətən bu klubun bir parçası olmağı çox istəyirdim. Rik Şantzla danışdıqdan sonra "Feniks" üçün oynamaq istədiyimi 100 faiz qətiləşdirdim. Komanda yoldaşlarımla, azarkeşlərlə görüşmək, Arizonanı görmək və ən əsası, komandaya kömək etmək üçün səbirsizlənirəm".

Xatırladaq ki, futbolçunun Münster təmsilçisində oynamaq istəməməsi ilə bağlı xəbərlər yayılmış, klubun direktoru Malte Metselder da bunu təsdiqləmişdi:

"Rüfət "Proyysen"də oynamaq istəmir: Bizə bu vəziyyətdə qeyd-şərtsiz komandaya xidmət edən və klubun hədəflərinə yüz faiz sadiq qalan futbolçular lazımdr. Təəssüf ki, Rüfət artıq bu komandanın bir hissəsi olmaq istəmir və şəxsi maraqlarını komanda yoldaşlarından ön plana çıxarır".

Naibə

 

Oxşar xəbərlər