Azərbaycanda hökumət dəyişir: Nazirlər bu tarixdə istefaya göndəriləcək

Azərbaycanda hökumət dəyişir: Nazirlər bu tarixdə istefaya göndəriləcək

Siyasət Veb saytların hazırlanması

10 Fevral 2024 11:15 33778


Azərbaycanda yeni hökumət formalaşdırılacaq. Bu, Konstitusiyanın tələbidir. 

Yenisabah.az hazırda iş başında olan hökumətin istefaya getməsi və Nazirlər Kabinetinin yeni tərkibinin formalaşdırılması ilə bağlı proseduru təqdim edir: 

Məlum olduğu kimi, Azərbaycanda növbədənkənar prezident seçkiləri bu il fevral ayının 7-də keçirilib. Ölkə qanunvericiliyinə görə, Mərkəzi Seçki Komissiyası rəsmi nəticələri 10 gün müddətində, yəni ən gec fevralın 17-dək Konstitusiya Məhkəməsinə təqdim etməlidir. 

Ölkə Konstitusiyasının 102-ci maddəsinə əsasən, Konstitusiya Məhkəməsi prezident seçkilərinin yekunları haqqında məlumatı səsvermə günündən sonra 14 gün ərzində rəsmən elan etməlidir. 

Qüvvədə olan mövcud qanunvericiliyə uyğun olaraq, prezident seçilmiş şəxs prezident seçkilərinin yekunları haqqında məlumatın Konstitusiya Məhkəməsi tərəfindən elan olunduğu gündən başlayaraq 3 gün ərzində and içir. 

Ölkə qanunvericiliyinə görə, prezident seçkilərindən sonra Nazirlər Kabinetinin tərkibi yenidən formalaşdırılmalıdır. Konstitusiyanın 116-cı maddəsinə əsasən, yeni seçilmiş Prezident səlahiyyətlərini icra etməyə başladığı gün Nazirlər Kabineti istefa verir. Bundan sonra dövlət başçısı Baş nazir vəzifəsinə namizəd irəli sürdüyü şəxs haqqında Milli Məclisə təsdiq verməlidir. Milli Məclis təqdimatla bağlı 1 həftədən gec olmayaraq qərar qəbul etməlidir. 

Qeyd edək ki, Azərbaycan hökuməti hazırda baş nazir, onun birinci müavini, baş nazirin 2 müavini, 17 nazir, 7 komitə sədri, 5 Xidmət rəisi və 4 Agentlik sədrindən formalaşıb.

Nazim Hacıyev 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
  • Zakir
    GOREKDE YENI HOKUMET NE EDIR En birinci Insalarin yaxsi yasamasin ucun calismalidir Mayislarimiz qaxmalidir Hecne qaxmamalidir onda deye bileriki yasiriq bu Olkede
    15 days ago
  • Ramil
    Her kese sala olsun nehayet ki hökumetde deyişiklik olunur yaşlı hökumet işcilermiz coxdur gedib neveleri ile meşĝul olsunlar qoy genc savadlıkadrlarmız coxdur qoy onlar işlesinler.
    15 days ago
  • Fariz
    Əgər bu dəfə də seçklərdən sonra bahalaşma, oğurluq və korrupsiya baş alıb gedəcəksə, insanlar yaşamaq yox, sürünəcəksə-bu ölkədə yaşamağa dəyməz. Qaçıb canımızı qurtarmalıyıq.
    17 days ago