Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Azərbaycanda yeni partiya yaradılır
20 Okt 2021 08:47
624

Azərbaycanda yeni partiya yaradılır

İctimai-siyasi fəallardan ibarət qrup dünən Demokratik Dəyişim Partiyasının (DDP) yaradılması üzrə təşkilat komitəsi təsis edib. Təşkilat komitəsinin sədri vəzifəsinə Əli Mustafa seçilib.

Yeni Partiyanın təsis edilməsinin əsas məqsədi Azərbaycan xalqının suverenliyinin qorunmasına, ölkədə həqiqi demokratiyanın bərqərar olunmasına və milli maraqların təmin edilməsinə nail olmaqdır.

DDP hakimiyyətin xalqın həqiqi iradəsinə uyğun və legitim əsaslarla formalaşdırılmasını; daxili və xarici siyasətdə beynəlxalq hüququn prinsiplərinin əsas tutulması və beynəlxalq öhdəliklərin icrasının təmin olunmasını; insan hüquq və azadlıqlarının, xalqın rifahının və təhlükəsiz həyatının təmin olunması; idarəetmənin əks mərkəzləşmə, qanunçuluq, hesabatlılıq və şəffaflıq prinsipləri əsasında qurulmasını; qanunun  aliliyinin və hakimiyyət qanadları arasında balansın təmin olunmasını; həqiqi bazar münasibətlərinin, azad sahibkarlığın və ədalətli rəqabətin təmin olunmasını prioritet vəzifələri hesab edir.

Təşkilat Komitəsinin sədri Mustafanın Turan-a verdiyi məlumata görə, yaxın günlərdə təşkilatın regional strukturlarının yaradılması üzrə işlərin həyata keçirilməsi və təsis qurultayının keçirilməsi nəzərdə tutulur.

Onun sözlərinə görə, partiya xarici siyasətində Türkiyə ilə xüsusi münasibətlərə malik olmaqla birlikdə, beynəlxalq ictimaiyyətin bütün iştirakçıları ilə əməkdaşlığın tərəfdarıdır. Partiya həmçinin Azərbaycanın avrointeqrasiya perspektivlərinə müsbət yanaşır.

Mustafa 1965-ci ildə Bərdədə dünyaya gəlib. İxtisasca hüquqşünasdır, elmi-pedaqoji fəaliyyətlə məşğul olur. 1980-ci illərin sonu – 1990-cı illərin əvvəllərində milli-demokratik hərəkatda fəal iştirak edib.

Son illər Demokratik Dəyişim ictimai platformasının üzvü olub.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər