Azərbaycanın Əməkdar artisti vəfat etdi - Foto
27 Okt 2020 19:05
2085

Azərbaycanın Əməkdar artisti vəfat etdi - Foto

Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının repetitoru, tanınmış qarmon ifaçısı, Əməkdar artist Etibar Qasımbəyli vəfat edib.

Yenisabah.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Etibar İsmayıl oğlu Qasımbəyli 23 sentyabr 1957-ci ildə Bakı şəhərində anadan olub. 

Etibar Qasımbəyli 2010-cu ildən 2020-ci ilədək Azərbaycan Dövlət Akademik Filarmoniyasının Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblında repetitor vəzifəsində çalışıb.

2011-ci ildə Əməkdar artisti fəxri adına layiq görülüb.

Allah rəhmət eləsin!

Azərbaycanın Əməkdar artisti vəfat etdi - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər