Azərbaycanın tanınmış məşqçisi koronavirusa yoluxdu
05 İyn 2020 10:55
222

Azərbaycanın tanınmış məşqçisi koronavirusa yoluxdu

Azərbaycanın tanınmış futbol məşqçisi Nadir Qasımov koronavirusa yoluxub.

Yenisabah.az sportinfo.az-a istinadən xəbər verir ki, o, artıq xəstəxanaya yerləşdirilib. Nəfəs darlığından və yüksək hərarətdən əziyyət çəkən mütəxəssisin durumu hazırda sabitdir. 

Onun hansı şəraitdə xəstəliyə yoluxduğu dəqiq deyil. Maraqlıdır ki, Nadir bəy xəstəxanaya aparılanadək son bir neçə günü evdə keçirib.

Qasımov "Bakı fəhləsi", "MKT-Araz", "Avtomobilçi", "Bakılı", "Şuşa-Qarabağ" kimi bir çox klubu çalışdırıb.

Oxşar xəbərlər