“Bakı küləkli şəhərdir, amma...” - Miçel ispanlara bizdən danışdı 

“Bakı küləkli şəhərdir, amma...” - Miçel ispanlara bizdən danışdı 
Sent 17, 2019 15:19
Oxunma sayı: 99

“Sevilya” indi La Liqanın lideridir. Bu isə təsadüfi  deyil. "Sevilya" Avropa Liqasını qazanmağa əsas namizədlərdən biri, bəlkə də elə birincisidir. Bizim çətin qarşılaşma gözləyir”.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri "Qarabağ"ın yarımmüdafiəçisi Miçel Madera “Deportes ABC de Sevilla” nəşrinə müsahibəsində deyib.

O, Avropa Liqasının qrup mərhələsinin sentyabrın 19-da keçiriləcək “Qarabağ” – “Sevilya” matçı haqda danışıb:

“Sevilya” ilə oyunun xüsusi əhəmiyyəti var. Belə bir böyük komanda ilə qarşılaşmaq möhtəşəmdir. Əgər bu ispan klubudursa, onda onun mənası daha çox olur”.

İspan futbolçu qrupdakı şanslarını da dəyərləndirib: "Çempionatda keçirdiyimiz oyunların hamısında qələbə qazanmışıq. Hər il addım-addım irəli gedirik. Artıq neçə ildir ölkə çempionu oluruq, Avropa kuboklarında inkişaf edirik. İki il əvvəl Çempionlar Liqasında  “Çelsi” ilə oyunlar istisna olmaqla, yaxşı mövsüm keçirdik. “Atletiko" ilə hər iki görüşdə bərabərə qaldıq. Məncə, onları təəccübləndirdik. “Sevilya"ya qarşı da aqressiv olmalıyıq. Amma bizi necə ağır sınağın gözlədiyini bilirik. “Dudelanj”la 3 il əvvəl qarşılaşmışıq və qalib gəmişik. Bu yay isə APOEL-lə də qarşılaşdıq. Kiprdə biz, Azərbaycanda onlar qalib gəldi. Düşünürəm ki, "Düdelanj" və APOEL-i üstələyə bilərik. Ancaq bunu sözdə yox, meydanda sübut etməliyik".

Miçel paytaxtımızdan da danışıb:

“Bakı küləkli şəhərdir, amma hazırda 20-25 dərəcə isti var. Bakı Avropa həyatı keçirən şəhərdir. Azərbaycan dilində yalnız bir neçə söz bilirəm: "Salam, sabahınız xeyir". Dili çox mürəkkəbdir. Buranın insanları çox nəzakətlidir. Bakıda rahat yaşayırıq".

Futbolçu oyunlardan bir gün əvvəl toplaşdıqlarını və onlar üçün ayrılmış otaqlarda qaldıqlarını bildirib: "Burda bütün oyunlara bir gün əvvəldən konsentrasiya oluruq. Bir yerə toplaşıb, öz otaqlarımıza çəkilirik. Məsələn, ötən bazar günü "Neftçi"yə qarşı keçirdiyimiz oyundan bir gün əvvəl günorta saat 2-dən diqqətimizi bu matça yönəltdik. Gec-tez buna öyrəşirsən".

 

Yenisabah.az