Bakıda metro 25 dəqiqə gecikdi -  SƏBƏB
22 Sen 2020 11:33
613

Bakıda metro 25 dəqiqə gecikdi - SƏBƏB

Bakı metrosunda texniki nasazlıq baş verib.

Sosial şəbəkələrdə yayılan məlumata görə, qatar “Gənclik” stansiyasından “Nəriman Nərimanov” stansiyasına 25 dəqiqə ərzində çatıb.

“Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında bildirib ki, Nəriman Nərimanov-Ulduz” yol mənzilində qatarların hərəkətini tənzimləyən işıqforun işini təmin edən sxemdə nasazlıq baş verib:

“Bu səbəblə metropoliten xətlərində qatarların hərəkətində gecikmələr müşahidə olunur. Bəzi qatarlar arasında intervaldan əlavə olaraq iki üç dəqiqə gecikmə müşahidə olunur. Bəziləri isə interval göstəricisinə uyğun hərəkət edir”.

 

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər