Baş redaktora ittiham irəli sürüldü  

Baş redaktora ittiham irəli sürüldü  

Digər Veb saytların hazırlanması

21 Noyabr 2023 14:11 519


"Abzas Media” saytının baş redaktoru Sevinc Vaqifqızına cinayət işi açılıb. 

Yenisabah.az xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb. 

Qeyd edək ki, ötən gün "Abzas Media”nın direktoru Ülvi Həsənli də saxlanılıb. Onun barəsində də Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb. 

Vəkil Elçin Sadıqov bildirib ki, hər iki şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimatlara bu gün Xətai rayon məhkəməsində baxılacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!