“Beşiktaş” millimizin rəqibini onun üçün izlədi 
11 Sen 2019 11:44
88

“Beşiktaş” millimizin rəqibini onun üçün izlədi 

Türkiyənin “Beşiktaş” klubunun skautları Azərbaycanın da iştirak etdiyi  Avro-2020-nin seçmə mərhələsinin E qrupundakı Slovakiya – Macarıstan oyununu  stadiondan izləyiblər. 

“Yeni Sabah” xəbər verir ki, “ağ-qaralar”ın nümayəndələri Slovakiya millisinin sol cinah müdafiəçisi David Hankonu bəyəniblər. 

Qeyd edək ki, 21 yaşlı sol cinah müdafiəçisi hazırda İtaliyanın “Florentina” klubunda çıxış edir.

 

Oxşar xəbərlər