“Boltonun yerinə 5 namizəd var” – Donald Tramp

“Boltonun yerinə 5 namizəd var” – Donald Tramp
Sent 12, 2019 01:32
Oxunma sayı: 66

ABŞ Prezidenti Donald Tramp milli təhlükəsizlik məsələləri üzrə müşaviri vəzifəsinə beş namizədin olduğunu bəyan edib.

"Yeni Sabah" "RİA Novosti” yə istinadən xəbər verir ki, onun sözlərinə görə, beş nəfər həqiqətən bu vəzifəni tutmaq istəyirlər.

“Çox bacarıqlı hesab etdiyim beş nəfər son üç ildə tanış olduğum yaxşı insanlardır” - deyə Tramp bildirib. O, əlavə edib ki, yeni müşavirin adı gələn həftə açıqlanacaq. 

Yenisabah.az