Bu futbolçunu 12 milyon avroya satdılar - Foto
08 İyl 2020 14:56
307

Bu futbolçunu 12 milyon avroya satdılar - Foto

“Renn” heyətini yeni futbolçu ilə gücləndirib.

Yenisabah.az xəbər verir ki, Liqa 1 təmsilçisi Lion “Olimpik”indən Martin Teryeni transfer edib.

Bu barədə “Renn”in rəsmi saytı məlumat yayıb. 23 yaşlı cinah oyunçusu ilə 5 illik müqavilə imzalanıb.

“Renn” Martinin keçidinə görə lionlulara 12 milyon avro ödəyəcək. Əlavə bonuslarla “Olimpik”in daha 3 milyon avro gəlir əldə etməsi mümkündür.

Sportinfo yazır ki, Teryenin gələcəkdə başqa bir kluba transferi zamanı isə, “Renn” əldə edəcəyi gəlirin 15 faizini Lion təmsilçisinə verməli olacaq. Fransanın aşağı yaş qrupları üzrə müxtəlif yığmalarında da oynamış Terye, Lion “Olimpik”ində 77 oyuna çıxıb, 17 qola imza atıb.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər