Bu futbolçuya 100 milyon avro qiymət qoyulub
05 İyn 2020 15:26
248

Bu futbolçuya 100 milyon avro qiymət qoyulub

"Bayer" futbolçusu Kay Havertz üçün "Real"ın göndərdiyi təklifi rədd edib.

Yenisabah.az xəbər verir ki, Madrid klubu 20 yaşlı yarımmüdafiəçinin növbəti mövsüm Leverkuzen təmsilçisində icarədə qalması şərti ilə onun üçün 80 milyon avro təklif edib. Ancaq "Bayer" bu təklifi müsbət cavablandırmayıb.

Bildirilib ki, klub oyunçunun satışından 100 milyon avro qazanmaq istəyir. Havertzlə "Mançester Yunayted"in də maraqlandığı vurğulanıb.

Qeyd edək ki, alman futbolçu bu mövsüm 37 matçda 15 qol vurub. (Qol.az )

     

 

Oxşar xəbərlər