"Bu, şeirlərlə, əl sıxmaqla başa gəlmir" - İsrailli politoloqdan Qarabağ açıqlaması

Sent 17, 2019 16:22
Oxunma sayı: 173

Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi halında bərqərar ola bilər.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Report”a Azərbaycanla Ermənistan xarici işlər nazirləri arasında gözlənilən görüşlə bağlı fikirlərini bölüşən israilli politoloq, ABŞ-ın Corctaun Universitetinin professoru Brenda Şaffer bildirib.

O, münaqişənin yalnız danışıqların formatını dəyişdirməklə həll etməyin mümkün olmayacağını qeyd edib: “Bu görüşlər mütəmadi olaraq keçirilir. Dağlıq Qarabağda sülh yalnız böyük güclərin maraq göstərməsi və maneələr törətməməsi, habelə Ermənistanın ərazi məsələsində güzəştə razılaşması halında bərqərar ola bilər. Sülh şerlərlə, əl sıxmaqla başa gəlmir, konkret dəyişiklərə gedilməlidir”.

Ekspert qarşıdakı görüşün artıq 30 ildən artıqdır davam edən danışıqlar prosesinə hər hansı dəyişiklik gətirəcəyinə inanmadığını da diqqətə çatdırıb.

 

Yenisabah.az