Bundesliqanın ilk matçında “qol yağışı” 
23 May 2020 09:50
273

Bundesliqanın ilk matçında “qol yağışı” 

Dünən Almaniya bundesliqasında 27-ci tura start verilib.

Yenisabah.az xəbər verir ki, ilk oyun günündə yalnız 1 matç keçirilib. Berlin derbisində "Herta" doğma meydanda "Union"la qarşılaşıb və rəqibinə 4:0 hesabı ilə qalib gəlib.

Qolları İbişeviç, Lukebakio, Kunya və Boyata vurub.

Hazırda 34 xalı olan “Herta” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. "Union" isə 12-ci pillədə qalıb.

Xatırladaq ki, turnir cədvəlinə 58 xalla "Bavariya" başçılıq edir. 

Oxşar xəbərlər