Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Bursada Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan park açıldı  - Foto
21 Sen 2021 17:30
376

Bursada Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan park açıldı - Foto

Türkiyənin Bursa şəhərində Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik-leytenant Şirin Mirzəyevin adını daşıyan parkın açılışı olub.

Yenisabah.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı bildirib.

Tədbirdə Milli Qəhrəmanın həyat yoldaşı, keçmiş deputat Flora Qasımova, Bursa bələdiyyəsinin nümayəndələri və digər rəsmi şəxslər iştirak ediblər.

Qeyd edək ki, Ş.Mirzəyev 1947-ci il yanvarın 5-də Xankəndində anadan olub. O, 1992-ci ilin iyunun 18-də Ağdam rayonun Sırxavənd istiqamətində gedən döyüş əməliyyatı zamanı minaya düşərək həlak olub. 1994-cü ildə "Azərbaycanın Milli Qəhrəmanı" adı ilə təltif edilib.

Bursada Azərbaycanın Milli Qəhrəmanının adını daşıyan park açıldı  - Foto
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər