Çempionlar Liqasında Messi və Ronaldosuz final 
15 Avq 2020 12:50
533

Çempionlar Liqasında Messi və Ronaldosuz final 

Çempionlar Liqasının yarımfinalında bu mövsüm nə Lionel Messi, nə də Kriştiano Ronaldo oynayacaq.

Yenisabah.az xəbər verir ki, "Yuventus"un 1/8 finalda "Lion" səddini keçə bilməyərək mübarizəni dayandırmasından sonra "Barselona" da "Bavariya"ya 2:8 hesabı ilə uduzaraq turnirlə vidalaşıb.

Bununla da, hər iki oyunçunun klubu ÇL-də bu mövsüm üçün çıxışını başa vurub.

"Sky Sports" yazıb ki, beləliklə, 2005/2006 mövsümündən bəri ilk dəfə nə Messi, nə Ronaldo ÇL-in yarımfinalında oynayacaq.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər