Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov İrana səfər edəcək.
Yenisabah.az xəbər verir ki, C.Bayramov iyul ayının 4-də İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın dəvəti ilə Tehrana səfər edəcək.
C Bayramov İran rəsmiləri ilə ikitərəfli əlaqələrin inkişafı, eləcə də regionda və dünyada baş verən proseslər barədə müzakirələr aparacaq./APA
Telegram kanalımız