16 Avqust - 10:54
Ceyhun Bayramov Türkiyəyə gedir

Ceyhun Bayramov Türkiyəyə gedir

Siyasət

05 Avqust 2022 19:49 519


Türkiyədə 13-cü Səfirlər Konfransı keçiriləcək.

Yenisabah.az xəbər verir ki, konfrans 6-12 avqust tarixlərində paytaxt Ankarada baş tutacaq.

Konfrans çərçivəsində müzakirə panelləri təşkil olunacaq. Səfirlər Türkiyə xarici siyasətini yaxından maraqlandıran regional və qlobal məsələləri müzakirə edəcək.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan səfirləri qəbul edəcək.

Sloveniya Prezidenti Borut Paxor, ATƏT-in Baş katibi Helqa Şmit, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovun da tədbirdə iştirakı gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!