Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

Burada reklam sizin uğurunuzdur.

tel/whatsapp: 070 855 41 11

“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq” - Ölkə liderindən şok iddia
28 Okt 2021 21:12
585

“Çin işğala cəhd etsə, ABŞ bizi qoruyacaq” - Ölkə liderindən şok iddia

Çinlə qarşıdurmada olan Tayvan hökumətinin lideri Tsay İnq-ven ABŞ hərbi qüvvələrinin bu ölkənin ordusuna təlim keçmək üçün adaya gəldiyini açıqlayıb.

Yenisabah.az xəbər verir ki, o, ABŞ-ın adanı Çinin mümkün müdaxiləsi və ya işğalından qoruyacağına inandığını deyib.

Tayvan lideri CNN müxbirinin “Əgər Çin sizə qarşı hərbi addım atsa, ABŞ-ın sizi müdafiə edəcəyinə inanırsınızmı?” sualına belə cavab verib:

“ABŞ-la uzunmüddətli əlaqələrimizi nəzərə alsaq, bəli, inanıram”.

O, ABŞ Konqresi və xalqının dəstəyini hiss etdiklərini söyləyib:

“Hər gün artan təhlükə qarşısında özümüzü və demokratiyamızı qorumağa, 23 milyonluq xalqımızın haqqı olan azadlığını təmin etməyə çalışırıq”./Teleqraf

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər