Cüdoçumuz koronavirusa görə olimpiyadanın təxirə salınmasından danışdı: “Çox çətindir”
25 Mart 2020 13:30
239

Cüdoçumuz koronavirusa görə olimpiyadanın təxirə salınmasından danışdı: “Çox çətindir”

Azərbaycan cüdoçusu Rüstəm Orucov Tokio-2020 Yay Olimpiya Oyunlarının koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınmasına münasibət bildirib. 

Yenisabah.az xəbər verir ki, idmançı sosial şəbəkə hesabında bununla bağlı şərh yazıb.

O qərarın çətinliyindən və insanların sağlamlığının əsas olduğundan bəhs edib:

"Dünyada koronavirus pandemiyası səbəbindən olimpiya oyunları gələn ilə qədər təxirə salınıb. Bəli, bizim üçün çox çətindir, amma insanların sağlamlığı əsasdır!  Tezliklə hər şeyin yaxşı olacağına ümid edirəm.  Düşüncələrimiz və dualarımız koronavirusdan zərər çəkmiş insanlarla olur. Tanrı hamınızı qorusun! Əlbəttə, 2021 Olimpiya Oyunları üçün daha güclü olacağam!"

 

 

Oxşar xəbərlər