Dəm qazı daha bir can aldı
27 Fev 2021 19:06
313

Dəm qazı daha bir can aldı

Saatlı sakini dəm qazından boğularaq ölüb.

Yenisabah.az xəbər verir ki, hadisə rayonun Çıraqlı kəndində baş verib.

Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Əzimova Lida Raufatovna yaşadığı evin vanna otağında dəm qazından boğularaq həyatını itirib. Onun meyiti ailə üzvləri tərəfindən aşkarlanıb.

Hadisə yerinə rayon polis şöbəsinin əməkdaşları tərəfindən baxış keçirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.  /Qafqazinfo

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər