Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi nə vaxt Vətənə göndəriləcək?  - Çavuşoğludan açıqlama
24 Yan 2021 12:39
620

Dəniz quldurlarının öldürdüyü azərbaycanlının nəşi nə vaxt Vətənə göndəriləcək? - Çavuşoğludan açıqlama

Yanvarın 23-də Nigeriya sahillərində dəniz quldurları tərəfindən qaçırılan Türkiyə şirkətinə məxsus "Mozart" adlı gəmi hazırda Qabon sahillərindədir.

Yenisabah.az xəbər verir ki, bunu Türkiyənin NTV telekanalına açıqlamasında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Türkiyə xarici işlər naziri deyib ki, gəmidə azərbaycanlı mühəndis Fərman İsmayılovun nəşi var:

“Gəmi limana çatdıqdan sonra nəşin Azərbaycana göndərilməsi üçün lazımi addımlar atılacaq”.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər