Deputat Ensiklopediyanın qiymətinin baha olmasına etiraz etdi
12 May 2020 15:57
222

Deputat Ensiklopediyanın qiymətinin baha olmasına etiraz etdi

"Azərbaycan Milli Ensiklopediyasının 7 cildi çapdan çıxıb. Hər cildin qiyməti Libraff kitab mağazasında 55 manatdır". 

Yenisabah.az xəbər verir ki, bunu deputat Etibar Əliyev deyib. O, vurğulayıb ki, ensiklopediya xalqın bilik xəzinəsidir və elə etmək lazımdır ki, bu cür bilik mənbəyinin tirajı böyük, qiyməti ucuz olsun: "İnsanlar bundan bəhrələnə bilməlidir. Bizim kimi xalqlara ensiklopediya çox gərəkdir. Azərbaycan Sovet ensiklopediyası ilə bunun arasında 50 ildən çox vaxt aralığı mövcuddur. Mən ensiklopediyadakı qüsurlardan söhbət açmaq istəmirəm. Olanımız budur. Ancaq nə fayda, bundan da geniş oxucu kütləsi bəhrələnə bilmir". 

Oxşar xəbərlər