Deputat Milli Şuranın boykotundan danışdı
15 Dek 2019 10:35
375

Deputat Milli Şuranın boykotundan danışdı

Azərbaycanda 2020-ci il fevralın 9-na təyin edilmiş növbədənkənar parlament seçkilərinə ciddi hazırlıq prosesinə başlanılıb və indidən söyləmək olar ki, bu seçkilər demokratik və şəffaf şəraitdə keçiriləcək.

“Yeni Sabah” xəbər verir ki, bunu Trend-ə deputat, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov vurğulayıb ki, Azərbaycanda mövcud olan 50-dən çox siyasi partiyadan 40-dan çoxu bu seçkilərdə iştirak edəcəyini bəyan edib və bunların içərisində müxalifət partiyaları da mövcuddur: "Ancaq özünü "Milli Şura" adlandıran qurum öz təbirincə seçkiləri boykot edir. Əslində, onlar çox gözəl dərk edirlər ki, bu seçkilərdə xalqın etimadını nəinki qazanacaq, heç minimal səs də toplaya bilməyəcəklər. İlk növbədə, qeyri-qanuni mitinq və piket cəhdləri göstərdi ki, xalq tərəfindən onlara heç bir etimad yoxdur. Ümumiyyətlə, Xalq Cəbhəsi Partiyası xalqımızın yaddaşına xaos, anarxiya və hakimiyyətsizlik kimi həkk olunub".

Deputatın sözlərinə görə, boykot taktikasını o siyasi partiyalar həyata keçirir ki, onların doğrudan da çox böyuk siyasi gücü var və bu taktika həqiqətən də cəmiyyətdə rezonans doğurur, seçkilərə ciddi təsir edir: "Ancaq "Milli Şura", AXCP kimi siyasi qruplaşmaların Azərbaycan cəmiyyətində heç bir dayağı olmadığından onların boykot taktikası sadəcə olaraq gülüş doğurur. Mənə elə gəlir ki, radikallar 9 fevral tarixində növbədənkənar parlament seçkilərində özlərinin acı məğlubiyyətini yaşamamaq üçün indidən bu taktikanı seçiblər. Hər halda, onların bu taktikası seçkinin nəticələrinə heç bir təsir göstərməyəcək. Beynəlxalq təşkilatlar bu seçkidə müşahidəçi kimi iştirak edəcək, Azərbaycan xalqı mütəşəkkil şəkildə bu seçkilərdə öz mövqeyini ifadə edəcək".

Qeyd edək ki, gələn il fevral ayının 9-da Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Özünü demokratik qüvvələrin "Milli Şura"sı adlandıran kiçik bir müxalif kəsim isə seçkilərdə iştirak etməməklə bağlı "boykot" çağırışı edir.

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!

Oxşar xəbərlər