Doğulduğu xəstəxanada tibb işçilərinə 3 ay pulsuz yemək verəcək

Doğulduğu xəstəxanada tibb işçilərinə 3 ay pulsuz yemək verəcək

İdman Veb saytların hazırlanması

23 Aprel 2020 18:01 783


"Çelsi"nin alman müdafiəçisi Antonio Rüdiger koronavirusla mübarizə çərçivəsində təqdirəlayiq addım atıb. Belə ki, o , Berlində anadan olduğu xəstəxanada tibb bacılarının 3 aylıq yemək xərclərini qarşılayacaq. 

Yenisabah.az xəbər verir ki, bu barədə o "Çelsi"nin rəsmi saytına açıqlama verib: "Pasxadan əvvəl Berlin Çarit ilə əlaqə saxladım və ən çox hara yardım edə biləcəyimi soruşdum. Mənə yeməkxanar bağlı olduğu üçün yemək və içki tapmaqda çətinlik çəkdiklərini bildirdilər. Yemək xərclərini ən az 3 ay qarşılamağa qərar verdim. Berlinin mənə verdiyi hər şey üçün minnətdaram. Artıq bəzi şeyləri geri qaytarmağın vaxtıdır. Ümid edirəm ki, yaxın zamanda vəziyyət düzələcək". 

Qeyd edək ki, bugünədək Almaniyada 148 min insanda COVİD-19 simptomları aşkarlanıb. Vəfat edənlərin sayı isə 5 mini keçib. 

Sayad Həsənli

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!